Dəqiqlik, təcrübə və etimad üzərində qurulmuş istehsal

Dəqiqlik, təcrübə
və etimad üzərində qurulub

Müasir BFS avadanlığı

Yüksək dəqiqlikli proseslər

GMP standartlarına uyğunluq

Keyfiyyətə əsaslanan istehsal

Məqsədyönlü yanaşma

Diamed açılış mərasimi
Since 2023

Diamed zavodundan sürətli və etibarlı əməkdaşlıq

Azərbaycan Dövlətinin də iştirak payı olan Diamed Development Group şirkəti Azərbaycanda GMP sertifikatı ilə fəaliyyət göstərən və xammaldan hazır məhsuladək tam istehsal tsiklini həyata keçirən ilk və yeganə dərman istehsalı zavodudur.

Diamed Development Group

2023-cü ilin avqust ayında ölkə başçısı, möhtərəm Prezident İlham Əliyev cənabları şəxsən özü zavodun açılış mərasimində iştirak etmişdir. Layihənin məqsədi ölkənin həyati vacib dərman vasitələrinə olan tələbatını ödəmək və idxal asılılığını azaltmaqdır.

130+ İşçi heyəti
20–25 mln İllik istehsal gücü, litr
Diamed istehsalat avadanlığı

“Diamed Co” MMC tibb müəssisələrinin layihələndirilməsi, inşası, tam şəkildə tibbi avadanlıqlar və texniki xidmətlə təchiz olunması sahəsində Azərbaycanda qabaqcıl şirkətlərdən biridir. Fəaliyyətə başladığı 2003-cü ildən bu günə qədər ölkəmizdə 50-dən artıq müasir tibb mərkəzləri, o cümlədən Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Bona Dea Beynəlxalq Hospitalı, Mərkəzi Gömrük Hospitalı, Şahdağ İstirahət Mərkəzi və bir çox digər əhəmiyyətli dövlət və özəl tibb layihələrində yaxından iştirak etmişik. Beynəlxalq səhiyyə standartlarına cavab verən keyfiyyətli məhsul və xidmətlərimizlə səhiyyənin inkişafına töhfə verməkdə davam edirik.

Hal-hazırda şirkətimiz dünyanın 100-dən artıq qabaqcıl tibb texnologiyaları istehsalçılarının Azərbaycan üzrə rəsmi nümayəndəsidir. Peşəkar komandamız layihələrin planlaşdırılmasından başlayaraq cihazların quraşdırılması, personalın təlimatlandırılması və satışdan sonrakı texniki dəstəyin göstərilməsi kimi bütün mərhələləri yüksək səviyyədə həyata keçirir. Bizim əsas məqsədimiz pasiyentlərin sağlamlığının qorunması naminə tibb mütəxəssislərinə ən müasir texnologiyalar və etibarlı həllər təqdim etməkdir.

İstehsalat prosesi

01

Xammalın qəbulu və keyfiyyətə nəzarət

Xammallar qəbul edilir və laboratoriyada keyfiyyət göstəriciləri yoxlanılır.

Ətraflı
Xammalın qəbulu və keyfiyyətə nəzarət
02

Xammalın çəkilməsi, dozalanması və məhlulun hazırlanması

Xammallar resepturaya uyğun çəkilir, dozalanır və qarışdırılaraq homogen infuziya məhlulu hazırlanır.

Ətraflı
Xammalın çəkilməsi və məhlulun hazırlanması
03

Qabın şişirilməsi, doldurulması və qapanması

Qablar avtomatik olaraq formalaşdırılır, hazır məhlulla doldurulur və hermetik şəkildə qapanır.

Ətraflı
Qabın şişirilməsi, doldurulması və qapanması
04

Delama sterilizatorunda terminal sterilizasiya

Hazır məhsullar avtomatik olaraq Delama sterilizatoruna ötürülür və müəyyən edilmiş proqram üzrə sterilizasiya edilir.

Ətraflı
Delama sterilizatorunda terminal sterilizasiya
05

Keyfiyyətə nəzarət, etiketləmə və qablaşdırma

Hazır məhsullar yoxlanılır, təsdiqləndikdən sonra etiketlənir və qablaşdırılır.

Ətraflı
Keyfiyyətə nəzarət, etiketləmə və qablaşdırma
06

Hazır məhsulun anbara təhvil verilməsi

Qablaşdırılmış məhsullar müvafiq saxlanma şəraitində hazır məhsul anbarına təhvil verilir.

Ətraflı
Hazır məhsulun anbara təhvil verilməsi